Burun və burunətrafı ciblərin xəstəlikləri
Burun və burunətrafı ciblər (sinuslar) insanın tənəffüs sisteminin vacib hissəsidir. Bu nahiyələrdə yaranan iltihabi proseslər həyat keyfiyyətini ciddi şəkildə azalda bilər. Ən çox rast gəlinən xəstəliklərə rinitlər, sinusitlər, haymorit və frontit aiddir.
Rinit – burun selikli qişasının iltihabıdır. Rinit kəskin və ya xroniki ola bilər. Ən çox:
- Virus infeksiyalarına bağlı olaraq (soyuqdəymə),
- Allergik təsirlər nəticəsində,
- İqlim və ətraf mühit faktorlarına görə inkişaf edir.
Əlamətlər:
- Burun tutulması
- Asqırma
- Burun axması
- Qoxu hissinin zəifləməsi
Sinusit – burunətrafı ciblərin iltihabıdır. Ən çox rast gəlinən formaları:
- Haymorit (çənəaltı ciblərin iltihabı)
- Frontit (alın ciblərinin iltihabı)
- Etmoidit (gözətrafı sümüklərdə yerləşən ciblərin iltihabı)
- Sfenoidit (daha dərin yerləşən ciblərin iltihabı)
Əlamətlər:
- Uzunmüddətli burun tutulması
- Üz nahiyəsində ağrılar (xüsusən alın və yanaq hissəsində)
- Qatı burun ifrazatı (sarımtıl və ya yaşıl rəngdə)
- Baş ağrısı
- Qızdırma
Diaqnostika və Müalicə:
Xəstəliklərin dəqiq diaqnozu üçün:
- Burun endoskopiyası
- Rəqəmsal rentgen və ya KT müayinəsi
- Allergiya testləri tətbiq oluna bilər.
Müalicə xəstəliyin səbəbindən və ağırlıq dərəcəsindən asılı olaraq dəyişir:
- Medikal müalicə (antibiotiklər, burun spreyləri, antihistamin preparatlar)
- Fizioterapiya
- Ağırlıq hallarda isə cərrahi müdaxilə (məsələn, FESS – funksional endoskopik sinus cərrahiyyəsi
Burun və sinus xəstəlikləri vaxtında müalicə olunmadıqda, xroniki hala keçə və digər orqan sistemlərinə təsir göstərə bilər. Əlamətləri hiss etdiyiniz anda mütəxəssisə müraciət edin.

