AZ EN RU
Op. Dr. Türkan Şəfiyeva

Ünvan

Kəpəz Hospital, Cəlil Məmmədquluzadə küç. 101A, Bakı, Azərbaycan

Əlaqə nömrələri

+994 77 300 15 26

+994 50 746 61 00

Op. Dr. Türkan Şəfiyeva
Tərcümeyi-hal

Op. Dr. Türkan Şəfiyeva

LOR-estetik cərrah Türkan Şəfiyeva qulaq, burun və boğaz xəstəliklərinin diaqnostika və müalicəsi, eləcə də LOR sahəsi üzrə estetik cərrahi müdaxilələrlə məşğuldur.

2007–2013-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali tibb təhsili almışdır. 2013–2017-ci illərdə isə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Qulaq, Burun və Boğaz xəstəlikləri ixtisası üzrə rezidentura təhsilini tamamlamışdır.

2017–2018-ci illərdə İstanbul şəhərində yerləşən Bezmialem Vakıf Universitetinin Qulaq, Burun və Boğaz şöbəsində ixtisasartırma və təkmilləşmə proqramında iştirak etmişdir. Peşə fəaliyyətinə başladığı dövrdən etibarən yerli və beynəlxalq elmi konfranslarda, seminar və təlimlərdə mütəmadi iştirak edərək ixtisası üzrə bilik və praktiki bacarıqlarını davamlı şəkildə inkişaf etdirmişdir.

Əmək fəaliyyətinə 2017-ci ildə Medistyle Hospitalda başlamış və 2019-cu ilədək burada çalışmışdır. 2019–2023-cü illərdə Davinçi Hospitalda, 2024-cü ildə isə Caspian Hospitalda fəaliyyət göstərmişdir.

Hazırda Kəpəz Hospitalda LOR-estetik cərrah kimi peşə fəaliyyətini davam etdirir.