Septoplastika
Septoplastika (Burun Çəpərinin Əyriliyi Əməliyyatı) – burun daxilində yerləşən və burun boşluğunu iki hissəyə ayıran burun çəpərinin (septum) əyriliyinin aradan qaldırılması üçün icra edilən cərrahi müdaxilədir. Burun çəpəri əyildikdə, nəfəs alma çətinləşir, burun tıxanıqlığı, tez-tez təkrarlanan sinusitlər və baş ağrısı kimi problemlər yaranır. Bu cərrahiyyə əməliyyatı, həm sağlamlıq, həm də həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilir.
Septoplastika əməliyyatının məqsədi:
- Burun tıxanıqlığını aradan qaldırmaq
- Nəfəs alma prosesini asanlaşdırmaq
- Gecə yuxusunun keyfiyyətini artırmaq (xüsusilə xoruldama və yuxu apnesi problemi olanlarda)
- Tez-tez təkrarlanan sinusit və allergik şikayətləri azaltmaq
Əməliyyatın gedişi və bərpa prosesi:
Septoplastika ümumi anesteziya altında həyata keçirilir və orta hesabla 30-60 dəqiqə davam edir. Əməliyyat zamanı burun daxilindəki əyri və ya deformasiyaya uğramış qığırdaq və sümük hissələr düzəldilir. Xaricdən heç bir kəsik aparılmır, bu səbəbdən də əməliyyatdan sonra xarici iz qalmaz.
Əməliyyatdan sonra xəstənin burnuna tampon və ya silikon dəstək yerləşdirilə bilər. Bərpa prosesi adətən sürətli keçir – əksər xəstələr 1 həftə ərzində gündəlik fəaliyyətlərinə qayıda bilirlər. Tam sağalma isə bir neçə həftə ərzində tamamlanır.
Septoplastika ilə nə əldə edirik?
- Daha rahat və simmetrik burun tənəffüsü
- Xroniki burun tıxanıqlığının aradan qalxması
- Xoruldama və yuxuda nəfəs dayanmalarının azalması
- Təkrarlanan burun-udlaq infeksiyalarının önlənməsi
Septoplastika Estetik Əməliyyat Deyil!
Septoplastika estetik deyil, funksional cərrahiyyə növüdür. Lakin istək olduğu təqdirdə, eyni əməliyyat zamanı rinoplastika (burun estetikası) ilə birlikdə də icra edilə bilər. Bu zaman həm tənəffüs problemləri aradan qaldırılır, həm də burunun görünüşü istənilən formada dəyişdirilə bilər.